Aİ və Bolqarıstan Avropa ilə Asiyanın Cənubi Qafqaz vasitəsilə əlaqələndirilməsini müzakirə ediblər

2026/02/1771081973.jpg
Oxunub: 328     12:28     29 May 2026    
Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova ilə ölkənin Avropa və Asiyanın Cənubi Qafqaz vasitəsilə əlaqələndirilməsinin artırılmasındakı rolunu müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə M.Kos "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz Bolqarıstanın Türkiyə və Cənubi Qafqaz vasitəsilə Avropa ilə Asiyanı birləşdirməkdə mühüm rolu barədə danışdıq", - o yazıb.

M.Kos həmçinin qeyd edib ki, Bolqarıstan Aİ-nin genişlənmə prosesinin irəliləməsində mühüm rol oynayır: "Biz namizəd ölkələrə Avropa İttifaqına üzvlük istiqamətində irəliləməyə necə kömək edə biləcəyimiz barədə müzakirə apardıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Bolqarıstan   Avropa   Asiya  


Bizi "telegram"da izləyin