Peskov: “Putin və Lukaşenko Ermənistan ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar”

2026/05/1780043352.jpg
Oxunub: 265     12:22     29 May 2026    
“Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində Ermənistan ətrafındakı vəziyyət barədə qısa fikir mübadiləsi aparıblar”.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, liderlər sammit çərçivəsində bir neçə dəfə söhbət ediblər.

“Onlar artıq dünən görüş çərçivəsində bir neçə dəfə ünsiyyətdə olublar. Ermənistanla bağlı qısa fikir mübadiləsi aparılıb, lakin məzmunlu və geniş söhbət olmayıb. Sadəcə buna vaxt çatmayıb”, - deyə Kremlin sözçüsü bildirib.

Jurnalistlərin Putinlə Lukaşenkonun söhbətlərində Ermənistan mövzusunun qaldırılıb-qaldırılmaması barədə sualına cavab verən Peskov qeyd edib ki, qeyri-rəsmi nahar zamanı bütün iştirakçılar uzun müddət birlikdə ünsiyyət qurmaq imkanı əldə ediblər.

“Eyni zamanda qeyri-rəsmi nahar zamanı onların hamısı birlikdə çox yaxşı söhbət etmək imkanı əldə edib. Kifayət qədər uzun ünsiyyət olub”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Putin   Lukaşenko  


Bizi "telegram"da izləyin