Yaponiya ABŞ raketlərinin təhvilində gecikmə iddialarını təkzib edib

2026/05/1779773295.jpg
Oxunub: 380     09:19     26 May 2026    
Yaponiya müdafiə naziri Şinjiro Koizumi ölkəsinin ABŞ istehsalı olan “Tomahawk” qanadlı raketlərini planlaşdırıldığı kimi 2025-2027-ci maliyyə illəri ərzində əldə edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Jiji Press” məlumat yayıb.

Koizumi raketlərin təhvilində gecikmələrin ola biləcəyi ilə bağlı xəbərləri təkzib edib.

“Financial Times” qəzeti şənbə günü ABŞ müharibə naziri Pit Heqsetin bu ayın əvvəlində Koizumi ilə telefon danışığında raketlərin çatdırılmasında ciddi gecikmələr barədə xəbərdarlıq etdiyini yazmışdı.

Lakin Yaponiya müdafiə naziri keçirdiyi mətbuat konfransında “belə bir müzakirənin baş vermədiyini” deyib.

Koizumi etiraf edib ki, müdafiə texnikasının təhvilində bəzən gecikmələr yaşana bilər. Bununla belə, o vurğulayıb ki, Yaponiya “uyğun tədarükün təmin olunması üçün ABŞ ilə sıx koordinasiyanı davam etdirəcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ  


Bizi "telegram"da izləyin