Marko Rubio: "Hörmüz boğazı bu və ya digər şəkildə açıq qalmalıdır"

2025/10/1761307640.jpg
Oxunub: 332     08:51     26 May 2026    
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Amerikanın İrana hücumlarından sonra Hörmüz boğazı açıq qalmalıdır.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə Hindistanın Caypur şəhərində təyyarədə jurnalistlərə bildirib.

"Boğazlar açıq olmalıdır. Onlar bu və ya digər şəkildə açıq olacaq, ona görə də açıq qalmalıdırlar", - deyə o əlavə edib.

Dövlət katibi həmçinin əlavə edib ki, İranla mümkün razılaşma üçün danışıqlar dilinin razılaşdırılması "bir neçə gün" çəkə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Hörmüz  


Bizi "telegram"da izləyin