İran sülh sazişindən 30 gün sonra Hörmüz boğazını açacaq

2026/05/1779768577.jpg
Oxunub: 316     08:12     26 May 2026    
ABŞ və İran arasında əldə oluna biləcək hərbi əməliyyatların dayandırılması sazişindən təxminən 30 gün sonra Hörmüz boğazının gəmiçilik üçün açılması nəzərdə tutulur.

Ordu.az xəbər verir ki, bu barədə “Nikkei” nəşri Yaxın Şərqdəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, saziş imzalandıqdan sonra başlayacaq 30 günlük keçid dövründə İran boğazı dəniz minalarından tamamilə təmizləməyi öhdəsinə götürəcək.

Bu müddət başa çatdıqdan sonra bütün ölkələrin gəmiləri həmin marşrut üzrə sərbəst və təhlükəsiz şəkildə hərəkəti bərpa edə biləcək, Tehran isə tranzit rüsumlarının toplanmasını dayandıracaq.

Mənbə əlavə edib ki, aprelin əvvəlində tərəflər arasında razılaşdırılmış atəşkəs rejimi daha 60 gün uzadılacaq.

Bu iki aylıq fasilədən İranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar aparılması üçün istifadə olunması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin