Ordu.az xəbər verir ki, bu barədə CNN İsrail mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, bu addımlar “ABŞ ilə koordinasiya olunur”.
Bundan əlavə, İsrail ordusu Beyrut istiqamətində hava zərbələrinin bərpasında israrlıdır. Məqsəd burada yerləşən “Hizbullah” qruplaşmasının yüksəkrütbəli liderlərini məhv etməkdir.
Mənbənin sözlərinə görə, daha aqressiv hərbi strategiyaya keçid “Hizbullah” tərəfindən istifadə edilən pilotsuz uçuş aparatlarından gələn təhdidə qarşı mübarizə aparmaq zərurəti ilə bağlıdır.
Söhbət xüsusilə optik lifli pilotsuz uçuş aparatlarından gedir. Bu isə İsrailin hələlik effektiv şəkildə mübarizə aparmaqda çətinlik çəkdiyi yeni təhdid hesab olunur.
Sevinc Əliyeva
Ordu.az