ABŞ İranın raket buraxılış məntəqələrinə və qayıqlarına zərbələr endirib

2026/03/1774243316.jpg
Oxunub: 475     03:09     26 May 2026    
ABŞ qüvvələri İranın cənubunda bir neçə hədəfə zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə "Fox News" kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən məlumat yayıb.

"ABŞ ordusu bu gün İran qüvvələrinin yaratdığı təhdidlərdən qüvvələrimizi qorumaq üçün ölkənin cənubunda özünümüdafiə hücumları həyata keçirib. Hədəflər arasında raket buraxılış məntəqələri və İran qayıqları da var idi", - deyə o əlavə edib.

Qeyd olunub ki, ABŞ ordusunun hücumuna məruz qalan qayıqlar mina yerləşdirməyə cəhd göstərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin