Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər

2026/05/1779766567.jpg
Oxunub: 351     02:19     26 May 2026    
Çin Xalq Respublikasının sədri Si Cinpin və Pekində dövlət səfərində olan Serbiya Prezidenti Aleksandar Vuçiç iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Ordu.az xəbər verir ki, tərəflər Çin-Serbiya münasibətlərinin daha da inkişaf etdirilməsinin və yeni dövrdə ortaq gələcəyə malik bir icmanın qurulmasının vacibliyini vurğulayıblar.

Çin lideri bildirib ki, Serbiya ilə Çin arasında "dəmir dostluq" unikal xarakter daşıyır və dərin tarixi, eləcə də praktik əsaslara söykənir. O qeyd edib ki, Çin Serbiyanın milli şərtlərinə uyğun inkişaf yolunu seçməsini dəstəkləyir və dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsinə hazırdır.

Si Cinpin vurğulayıb ki, son iki ildə hər iki ölkənin xalqlarına fayda verən nümunə hesab olunacaq müsbət nəticələr əldə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   Vuçiç  


Bizi "telegram"da izləyin