İran Prezidenti internetə çıxışın bərpası barədə göstəriş verib

2026/05/1779737953.jpg
Oxunub: 393     23:37     25 May 2026    
İran Prezidenti Məsud Pezeşkian ölkə ərazisində internetə çıxışın bərpası barədə sərəncam imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, sərəncam ölkənin bütün ərazisində internetə çıxışın bərpasını nəzərdə tutur.

“NetBlocks” monitorinq qrupunun məlumatına əsasən, İran hakimiyyəti 87 gündən artıq müddətdə ölkə üzrə internetin demək olar ki, tam məhdudlaşdırılması rejimini tətbiq edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pezeşkian   İnternet  


Bizi "telegram"da izləyin