Bolqarıstanda NATO təlimləri keçiriləcək

2026/05/1778064340.jpg
Oxunub: 326     22:36     25 May 2026    
NATO mayın 26-dan iyunun 13-dək Bolqarıstanda "Strike back" (Zərbəyə cavab-Qeyd) hərbi təlimlərini keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində Bolqarıstan, Rumıniya, ABŞ, Türkiyə quru qoşunlarının bölmələri və NATO-nun çoxmillətli qrupu Xaskovo şəhəri yaxınlığındakı "Koren" poliqonunda döyüş atışlı taktiki təlim keçirəcək.

NATO texnikasını hərbi polis müşayiət edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   NATO   Təlim  


Bizi "telegram"da izləyin