Ordu.az xəbər verir ki, şirkətin hazırladığı sistemlər arasında “Type-L” yüngül pulemyotu da yer alır.
Məlumata görə, məhsul ilk dəfə SAHA EXPO sərgisində nümayiş etdirilib.
“Archon Defense”in biznesin inkişafı üzrə məsul əməkdaşı Eren Ağır bildirib ki, şirkət məhsullarını qlobal bazarda rəqabətqabiliyyətli etmək məqsədilə AR-GE fəaliyyətlərini davam etdirir.
Onun sözlərinə görə, şirkət daha əvvəl Ər-Riyad, Almaniyada keçirilən “Enforce Tac” və Malayziyadakı DSA sərgilərində iştirak edib. Ağır qeyd edib ki, “Type-L” ultra yüngül pulemyotu artıq seriyalı istehsal mərhələsinə çatıb və müxtəlif çaplarda yeni məhsullar üzərində iş aparılır.
Şirkət nümayəndəsi yaxın zamanda ictimaiyyətə təqdim ediləcək yeni layihələrin olduğunu da vurğulayıb. Məlumata görə, “Type-L” platforması müxtəlif ölkələrdə sınaq prosesindən keçir və böyükmiqyaslı satış potensialına malikdir.
Eren Ağır bildirib ki, şirkətin məhsul çeşidində “Type-L” tapançası da mövcuddur. Onun sözlərinə görə, tapança əsasən taktiki atışlar, hərbi və polis istifadəsi üçün hazırlanıb, eyni zamanda mülki satışları da davam edir.
Şirkət xüsusi tip sursatların hazırlanması istiqamətində də fəaliyyət göstərir. Ağır qeyd edib ki, “Archon Defense”in əsas məqsədi mobilliyi artırmaqla yanaşı, hədəf üzərində təsiri gücləndirməkdir.
Sevinc Əliyeva
Ordu.az