ABŞ Səudiyyə Ərəbistanında kamikadze dronlar istehsal edəcək

2026/03/1772563473.jpg
Oxunub: 413     20:36     25 May 2026    
ABŞ-nin “Vector Defense” şirkəti Səudiyyə Ərəbistanından olan “SR2 Defense Systems” startapı ilə Ər-Riyad yaxınlığında kamikadze tipli dronların istehsalı üzrə zavod inşa etməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici media məlumat yayb.

Məlumata görə, birgə müəssisədə İranın “Şahid” kamikadze dronları üslubunda “Skywasp” pilotsuz uçuş aparatlarının istehsalı planlaşdırılır. PUA 1,5 min km-ə qədər məsafədə olan hədəfləri dəf edə bilir.

Dronlar təkcə Səudiyyə Ərəbistanı üçün yox eyni zamanda ixrac üçün nəzərdə tutulub. İstehsal həcmləri barədə hələlik məlumat verilmir. Bununla belə birgə müəssisənin həmtəsisçisi Lüsyen Zeyqler bildirib ki, buraxılan hərbi məhsullar krallığın strateji qabaqlama ilə bağlı tələblərinə cavab verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin