Səudiyyə Ərəbistanı: İsrail ilə münasibətlər yalnız Fələstin dövlətinə “geri dönüşü olmayan yol” yaranarsa normallaşa bilər

2026/05/1779726275.jpg
Oxunub: 461     20:19     25 May 2026    
Səudiyyə Ərəbistanı İsrail ilə münasibətlərin yalnız Fələstin dövlətinin yaradılmasına aparan “geri dönüşü olmayan yol” formalaşacağı halda normallaşdırılacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı krallıqdakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Ər-Riyadın mövqeyi dəyişməz olaraq qalır və əsas şərt “Fələstin dövlətinə doğru geri dönüşü olmayan yol”dur.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl sosial şəbəkələrdə İranla müharibənin başa çatması ilə bağlı razılaşma əldə olunacağı təqdirdə Yaxın Şərq ölkələrinin və digər dövlətlərin “Abraham” razılaşmalarına qoşulmalı və İsraili tanımalı olacağını bildirib.

Tramp eyni zamanda tərəflərin münaqişənin dayandırılması ilə bağlı razılığa gələ bilməyəcəyi halda “əvvəlkindən daha güclü” hərbi qüvvə tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, Vaşinqton və Ər-Riyad arasında əsas fikir ayrılığı İsrail ilə münasibətlərin normallaşdırılması məsələsində qalır.

Belə ki, ABŞ bunu daha geniş regional razılaşmanın tərkib hissəsi kimi irəli sürür, Səudiyyə Ərəbistanı isə prosesi Fələstin məsələsində konkret irəliləyişlə əlaqələndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   İsrail   Fələstin  


Bizi "telegram"da izləyin