İran Fars körfəzi hava məkanında “düşmən PUA-sı”nı vurduğunu açıqlayıb

2026/05/1779722537.jpg
Oxunub: 436     19:16     25 May 2026    
İran Fars körfəzi üzərində “düşmən pilotsuz uçuş aparatı”nı “Arash-e Kamangir” önləyici pilotsuz uçuş aparatlarından istifadə etməklə vurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat gizli imkanlara malik kompleksin tətbiqi ilə həyata keçirilib.

“Bu əməliyyat İran tərəfindən açıq və qətiyyətli mesajdır”, - deyə anonim rəsmilərə istinadən bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA  


Bizi "telegram"da izləyin