Ərdoğan: "Yaxın Şərqdə müharibənin yenidən alovlanması heç kimin xeyrinə deyil"

2026/05/1778839890.jpg
Oxunub: 257     18:22     25 May 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heytəm bin Tariq Al Səidlə telefonla danışıb və Yaxın Şərqdəki müharibənin yenidən alovlanmasının heç kimin xeyrinə olmadığını xatırladıb.

Ordu.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

Ərdoğan diplomatik addımların dəstəklənməsinin əhəmiyyət kəsb etdiyini, Türkiyə olaraq bölgə ölkələri ilə birlikdə qalıcı sülh üçün səy göstərdiklərini bildirib.

O, həmçinin Türkiyə olaraq Fələstin torpaqlarında sülh və sabitliyin bərqərar olması üçün də çalışdıqlarını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə   Oman  


Bizi "telegram"da izləyin