Ordu.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdollahi açıqlama verib.
Məlumata görə, Abdollahi son məcburi müharibə zamanı İranın hava hücumundan müdafiə sistemlərinin əvvəlki dövrlərlə müqayisədə daha effektiv fəaliyyət göstərdiyini xüsusi vurğulayıb.
General bildirib ki, qarşı tərəf dəfələrlə İranın hərbi dəniz, hərbi hava və raket bölmələrinin məhv edildiyini iddia etsə də, ölkənin güclü silahlı qüvvələri döyüş meydanında İranın bütün potensialını qoruyub saxladığını sübut edib.
“Biz düşmənlərə qarşı bütün gücümüzlə sona qədər mübarizə aparacaq və onları məğlub edəcəyik”, - deyə general Abdollahi qeyd edib.
Sevinc Əliyeva
Ordu.az