Ordu.az xəbər verir ki, bunu mayın 25-də Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin açıqlayıb.
“Qeyd etdiyiniz məlumatların məzmunu Çin tərəfinin əlində olan məlumatlarla uyğun gəlmir”, - deyə Mao Nin müvafiq suala cavabında bildirib.
Beləliklə, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Böyük Britaniyanın “The Financial Times” qəzetində dərc olunan məqalələrdən biri ilə bağlı şərh verib.
Söhbət Si Cinpinin ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı guya Yaponiyanın remilitarizasiyası səbəbindən yapon həmkarını tənqid etdiyi barədə məqalədən gedir.
Məqalə müəllifləri Çin liderinin həmin vaxt səsini yüksəltdiyini də iddia ediblər.
Sevinc Əliyeva
Ordu.az