Ordu.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Krallıq İsraildən Fələstin dövlətinin yaradılmasına razılıq verməsini tələb edir.
Hazırkı İsrail hökumətinin isə bu məsələdə kifayət qədər sərt mövqe tutduğu bildirilir.
Qeyd olunur ki, İranla hərbi qarşıdurma və BƏƏ ilə fikir ayrılıqlarının dərinləşməsi fonunda Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin mümkün normallaşdırılmasına daha skeptik yanaşmağa başlayıb.
“Axios” daha əvvəl ABŞ mənbələrinə istinadən yazmışdı ki, ABŞ Prezidenti Donald Tramp müsəlman ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının liderlərini İsraillə münasibətləri normallaşdırmağa və “Abraham razılaşmaları”na qoşulmağa çağırıb.
Vaşinqton hesab edir ki, ABŞ İranla sülh sazişi imzalaya bilsə, bu addım Krallıq üçün faydalı olacaq.
İsraildə parlament seçkilərinin bu payız, oktyabrın 27-dək keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, mayın 20-də Knesset parlamentin növbədənkənar buraxılması ilə bağlı qanun layihəsini ilkin oxunuşda təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az