Ordu.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Avixay Edri “X” sosial şəbəkəsində ərəb dilində yaydığı açıqlamada livanlı ailələri təhlükəli zonanı tərk etməyə çağırıb.
Onun sözlərinə görə, şiə “Hizbullah” hərəkatı atəşkəs razılaşmasını pozmağa davam edir.
“Biz “Hizbullah”a qarşı qətiyyətli tədbirlər görməyə məcburuq. Buna görə də təhlükəsizliyiniz naminə evlərinizi dərhal tərk etməli və kəndlərdən ən azı bir kilometr uzaqlaşmalısınız”, - deyə Edri bildirib.
“Asharq al-Awsat” qəzetinin məlumatına görə, aktiv hərbi əməliyyatlar səbəbindən hazırda sərhəddən 40 kilometr uzaqlıqda yerləşən Cizzin, Nəbatiyyə və Sayda şəhərlərinin ətrafındakı 95 şəhər və kəndin sakinləri təxliyə təhlükəsi ilə üzləşib.
Bundan əlavə, İsrail hərbçilərinin Qərbi Bəkaa bölgəsində əməliyyatlara başladığı bildirilir.
Həmin bölgədən Livanın cənubunda İsrail qüvvələrinə qarşı döyüşən “Hizbullah” dəstələrinin təchizat xətləri keçir.
Sevinc Əliyeva
Ordu.az