“Repubblica”: Aİ Hörmüz boğazında əməliyyata yalnız 4 şərt yerinə yetirilərsə başlayacaq

2026/05/1779708515.jpg
Oxunub: 298     15:34     25 May 2026    
Hörmüz boğazının blokadadan çıxarılması üçün yaradılan Avropa koalisiyası gəmiçiliyin təhlükəsizliyini təmin etməyə yönəlmiş əməliyyata başlamağa hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə “Repubblica” qəzeti məlumat yayıb.

Məlumata görə, əməliyyat yalnız dörd əsas şərtin yerinə yetirilməsi halında həyata keçiriləcək.

Qəzet qeyd edib ki, missiya Vaşinqton və Tehran arasında davamlı atəşkəs təmin olunacağı təqdirdə başlaya bilər. Bildirilir ki, Fransa, Böyük Britaniya, Almaniya və İtaliya arasında bu məsələ ilə bağlı təmaslar intensivləşib.

Bundan əlavə, mina təmizləyən və hərbi kreyserlərin artıq Fars körfəzinə doğru hərəkət etdiyi vurğulanıb. Avropa ölkələrinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa hazır olduqları qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Hörmüz  


Bizi "telegram"da izləyin