Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb

2026/05/1779186248.jpg
Oxunub: 421     12:06     25 May 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 25 may tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, səfər çərçivəsində 26 may tarixlərində Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Nyu-York  


Bizi "telegram"da izləyin