Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “NEWS.am”a açıqlamasında ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri ilə bağlı suala cavab verərkən deyib.
Erməni jurnalistin Rubionun səfərinin seçkilərlə əlaqəli olub-olmaması ilə bağlı sualına Mirzoyan “Seçkilərlə bunun nə əlaqəsi var?” cavabını verib.
ABŞ dövlət katibinin səfərinin gündəliyinə hansı məsələlərin daxil edildiyi və hansı sənədlərin imzalanacağı ilə bağlı suala isə Mirzoyan belə cavab verib: “İmzalanacaq sənədləri dərc edəcəyik, görəcəksiniz. Vaxtında və lazımi qaydada məlumat verəcəyik”.
TRIPP (Zəngəzur dəhlizi-red.) ilə bağlı dəqiqləşdirici suala cavabında isə o bildirib ki, artıq hər şeyi deyib. Mirzoyan heç bir gizli məsələ olmadığını vurğulayıb. “Vaxtında və lazımi qaydada məlumat verəcəyik”, - deyə o təkrar edib.
Daha əvvəl xəbər verilmişdi ki, ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək. Səfər çərçivəsində Mirzoyan və Rubio arasında görüş keçiriləcək, daha sonra onlar mətbuata bəyanatlarla çıxış edəcəklər.
Həmçinin ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Bundan sonra Mirzoyan kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirəcək.
Alpər Mövludoğlu
Ordu.az