Ruslan Nəsibov: "Azərbaycan afrikalı tərəfdaşlarla əməkdaşlığı dərinləşdirmək niyyətindədir"

2026/05/dfgfb-1779695622.jpg
Oxunub: 259     11:21     25 May 2026    
Azərbaycan həm ikitərəfli, həm də regional və çoxtərəfli səviyyələrdə afrikalı tərəfdaşlarla əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Ruslan Nəsibov Bakıda "Afrika Günü"nə həsr olunmuş "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" konfransında bildirib.

Səfir vurğulayıb ki, Afrika ilə münasibətlərin möhkəmləndirilməsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi mühüm rol oynayıb.

"Bu dövrdə biz Afrika ölkələri ilə qlobal ədalət, pandemiyadan sonrakı bərpa, peyvəndlərə çıxış, ərzaq təhlükəsizliyi və beynəlxalq institutların islahatı məsələləri üzrə sıx əməkdaşlıq etmişik", - deyə o bildirib.

R.Nəsibov həmçinin humanitar əməkdaşlığın və inkişafa yardımın əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun və Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) iştirakı ilə Azərbaycan Afrikada bir sıra humanitar təşəbbüslər və potensialın gücləndirilməsi üzrə proqramlar həyata keçirib: "Buraya təqaüd proqramları, texniki yardım, tibbi dəstək, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və təhsil üzrə təlimlər daxildir".

R.Nəsibov, həmçinin qeyd edib ki, müasir beynəlxalq şərait inkişaf etməkdə olan ölkələr arasında daha geniş əməkdaşlığı, eləcə də bərabərlik və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıqların möhkəmləndirilməsini tələb edir: "Biz əminik ki, Afrika dünya proseslərində getdikcə daha əhəmiyyətli rol oynayacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ruslan-Nəsibov   Azərbaycan   Afrika  


Bizi "telegram"da izləyin