Yalçın Rəfiyev: "Azərbaycan Afrikada diplomatik mövcudluğunu davamlı genişləndirir"

2026/05/Ekran-1779353038.jpg
Oxunub: 286     11:16     25 May 2026    
Son üç ildə Azərbaycan və Afrika ölkələri arasında 30-dan çox yüksək səviyyəli səfər həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə bildirib.

"Son illər Azərbaycan, Afrika İttifaqı və regionun ayrı-ayrı ölkələri arasında əməkdaşlıq xüsusilə dinamik inkişaf edir. Ötən üç il ərzində 30-dan çox yüksək səviyyəli qarşılıqlı səfər baş tutub. Bir çox Afrika dövlətlərinin liderləri həm rəsmi ikitərəfli səfərlər, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycana səfər ediblər", - o qeyd edib.

O vurğulayıb ki, Afrika regionu ölkələri Azərbaycanı hər zaman dəstəkləyiblər: "Biz bir sıra Afrika ölkələri tərəfindən daim dəstək almışıq və bu, bu gün də uğurla davam edir. Postmünaqişə dövründə qitə dövlətləri ardıcıl olaraq Azərbaycanın təşəbbüslərini, onun namizədliklərini, eləcə də dünya siyasəti, iqlim və şəhərsalma sahəsində Bakının təşviq etdiyi gündəliyi dəstəkləyir".

Nazir müavini həmçinin əlavə edib ki, Azərbaycan Afrika ölkələrində öz iştirakını planlı şəkildə genişləndirir:"Əminəm ki, yaxın illərdə biz bu istiqamətdə əhəmiyyətli tərəqqinin şahidi olacağıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yalçın-Rəfiyev   Azərbaycan   Afrika  


Bizi "telegram"da izləyin