Ordu.az xəbər verir ki, bu barədə Uqandanın Nyu-Yorkda BMT yanındakı səfiri Adoniya Ayebare "Afrika Günü": "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" konfransındakı onlayn çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Uqanda qəhvəsini üçüncü tərəflər vasitəsilə alır ki, diplomatın fikrincə, bunu dəyişdirmək lazımdır.
"Uqanda Afrikada ən böyük qəhvə istehsalçılarından biridir. Biz müəyyən etdik ki, Azərbaycan Uqanda qəhvəsini vasitəçilər vasitəsilə əldə edir. Düşünürəm ki, bunu düzəltmək lazımdır", - A.Ayebare qeyd edib.
Diplomat həmçinin qeyd edib ki, son illərdə Azərbaycanla Afrika ölkələri arasında münasibətlər nəzərəçarpacaq dərəcədə möhkəmlənir və bu prosesin əsas amillərindən biri Cənub-Cənub əməkdaşlığının inkişafıdır: "Müasir beynəlxalq iqtisadi və geosiyasi vəziyyət qlobal Cənub ölkələrinin daha sıx əməkdaşlığını tələb edir".
Səfir həmçinin Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu xatırladıb və qeyd edib ki, COP29-un uğurla keçirilməsi Azərbaycanın Afrika ölkələri ilə münasibətlərinə əlavə təkan verib.
Ordu.az