Nazir müavini: "Süni intellekt dövründə dil müxtəlif təzyiq və təhlükələrlə üz-üzədir"

2026/05/image-1779693216.jpg
Oxunub: 255     10:55     25 May 2026    
Süni intellekt və digər yeni anlayışlar dövründə dil müxtəlif təzyiq və təhlükələrlə üz-üzədir.

Ordu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, dil dövlətçiliyin əsas atributlarından biridir:

"Məktəb təhsili dillərin qorunması və inkişafında əsas rol oynayır. Ailə və valideynlər isə bu istiqamətdə prioritet mənbədir. Valideynin vəzifəsi ana dilinin zənginliyini uşaqlara aşılamaqdır".

Nazir müavini çıxışının yekununda qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən böyük vasitədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Firudin-Qurbanov   Süni-zəka  


Bizi "telegram"da izləyin