Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının deputatı Tiqran Abrahamyan “Facebook” səhifəsində yazıb.
O bildirib ki, hakimiyyət milyardlarla kredit və büdcə vəsaitini vergi ödəyicilərinin və gələcək nəsillərin hesabına götürüb, indi isə bunu xalqa ikiqat baha satmağa çalışır.
“Bunun adını ictimai hesabat qoyub parad təşkil edirlər”, - deyə Abrahamyan qeyd edib.
Erməni deputat vurğulayıb ki, məğlubiyyətin simvoluna çevrilmiş qüvvələr “qalibiyyət paradı” keçirirlər.
Onun sözlərinə görə, fərq yalnız ondadır ki, onlar xarici rəqiblərə deyil, öz xalqına qalib gəlməyə çalışırlar.
“Ölkə daxilində ictimai nifrət, düşmənçilik və qarşıdurma yaratmağa çalışan hakimiyyət ümummilli iflası bayram edir”, - deyə Abrahamyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az