Yalçın Rəfiyev: "Azərbaycan Mərkəzi Afrika Respublikası ilə diplomatik münasibətlər qurmağı planlaşdırır"

2026/02/1770275987.jpg
Oxunub: 286     10:08     25 May 2026    
Azərbaycan bu ilin payızında diplomatik münasibətlər qurmaq üçün Mərkəzi Afrika Respublikası ilə danışıqlara başlamağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Afrika Günü"nə həsr olunmuş "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı tədbirdə bildirib.

Münasibətlərin dinamikasından danışan nazir müavini xatırladıb ki, ötən ildən bəri Azərbaycan Afrika ölkələri ilə 12 siyasi məsləhətləşmə keçirib.

"Respublikanın qurumlararası nümayəndə heyətlərinin iştirakı ilə beş hökumət missiyası təşkil edilib. Bu gün Azərbaycan bir ölkə - artıq sentyabr ayında müvafiq danışıqlara başlamağı planlaşdırdığımız Mərkəzi Afrika Respublikası istisna olmaqla, bütün Afrika ölkələri ilə diplomatik münasibətlərə malikdir", - nazir müavini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yalçın-Rəfiyev   Azərbaycan   Afrika  


Bizi "telegram"da izləyin