Yalçın Rəfiyev: "Afrika imkanlar və əməkdaşlıq məkanıdır"

2026/05/Ekran-1779348853.jpg
Oxunub: 562     09:58     25 May 2026    
Azərbaycan üçün Afrika uzaq qitə deyil, imkanlar və əməkdaşlıq məkanıdır.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Afrika Günü" ilə bağlı keçirilən "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, son bir ildə Azərbaycanın bu qitə ilə daha çox əməkdaşlığı olub.

"Bu gün Afrika dünyanın ən dinamik və perspektivli regionlarından biridir. Gənc əhalisi, sürətlə inkişaf edən iqtisadiyyatı, zəngin təbii sərvətləri və artan geosiyasi əhəmiyyəti sayəsində qitə qlobal siyasi, iqtisadi gündəliyi daha fəal şəkildə formalaşdırır. Afrika İttifaqı artıq G20-nin tamhüquqlu üzvü olub. Afrika həmçinin BMT Təhlükəsizlik Şurasında iki daimi yer uğrunda mübarizə aparır. Azərbaycan bu təşəbbüsü tam dəstəkləyir. Azərbaycan üçün Afrika uzaq qitə deyil. Bu, tərəfdaşlar, dostlar və ortaq istəklər qitəsidir", - Y.Rəfiyev bildirib.

Onun sözlərinə görə, regionun Azərbaycanla münasibətləri qarşılıqlı hörmət, həmrəylik, ərazi bütövlüyü və suverenliyin dəstəklənməsi üzərində qurulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yalçın-Rəfiyev   Azərbaycan   Afrika  


Bizi "telegram"da izləyin