Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Şirak vilayətinin Maralik şəhərində seçkiqabağı kampaniya zamanı bildirib.
Paşinyan çıxışında qeyd edib ki, rəsmi şəxs kimi Avrasiya İqtisadi İttifaqı çərçivəsində kifayət qədər böyük təsirə malikdir və onun üçün bu formatda həll olunmayan məsələ yoxdur.
Onun sözlərinə görə, əgər seçicilərin etimad səsini alsa, bütün məsələləri dörd prinsip çərçivəsində həll edəcək.
Paşinyan bu prinsiplərin mallar və xidmətlər, işçi qüvvəsi, maliyyə vəsaitləri, həmçinin maneəsiz hərəkət və tranzit olduğunu bildirib.
O əlavə edib ki, həmin dörd məsələdən eləsi yoxdur ki, həll edə bilməsin.
Paşinyan xatırladıb ki, bu gün KTMT tərəfdaşları Ermənistana bildirirlər ki, siz Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanun qəbul etmisiniz, indi qərar verin Avropa İttifaqına gedirsiniz, yoxsa Avrasiya İqtisadi İttifaqına.
"İrəvan buna cavab verir ki, hələlik belə seçim etməyə ehtiyac yoxdur. Ermənistan eyni vaxtda həm AİB-nin, həm də Avropa İttifaqının üzvü ola bilməz, lakin hazırda belə bir qərar vermək zərurəti yoxdur. Ermənistan indi AİB üzvüdür, eyni zamanda Avropa İttifaqı ilə münasibətləri dərinləşdirir və ölkənin Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanun qəbul edib. Bu qərarı sonda xalq verəcək, çünki məsələ yalnız referendum yolu ilə həll oluna bilər. Ermənistan vətəndaşları uzun müddətdir Avropa İttifaqına səfər üçün viza almaqda problemlərdən şikayətlənirlər. Səbəb 2018-ci ildən 2025-ci ilə qədər Aİ-yə gedən Ermənistan vətəndaşlarının sayının 500 faiz artmasıdır", - deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, Avropa ölkələrinin səfirlikləri Ermənistan vətəndaşlarının axınını qəbul etməyə çatdırmır.
O əlavə edib ki, hökumət xalqa söz verir: ən geci iki ilə Ermənistanla Aİ arasında viza liberallaşması məsələsi həllini tapacaq.
Alpər Mövludoğlu
Ordu.az