Türkiyənin xüsusi nümayəndəsi Paşinyanın paylaşımını şərh edib: “Birbaşa ticarətdə yeni addım”

2021/12/6-1639591961.jpg
Oxunub: 533     12:05     24 May 2026    
Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistanın Baş naziri Nikol Paşinyanın Axalkalaki-Qars dəmir yolunun Ermənistan üçün açılması ilə bağlı paylaşımını şərh edib.

Ordu.az xəbər verir ki, Kılıç bu barədə “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində birbaşa ticarətdə atılan yeni addımdır.

Kılıç bildirib ki, bu addım Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli əməkdaşlığı da gücləndirəcək.

O əlavə edib ki, yeni addım regional sülh və sabitliyə əhəmiyyətli töhfə verəcək və bütün bu ölkələrə uğur gətirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin