İran MN: Vaşinqtonun İranın hüquqlarını pozması Trampın yeni məğlubiyyətlərinə səbəb olacaq

2026/04/1777437793.jpg
Oxunub: 386     15:14     23 May 2026    
İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Reza Talayi-Nik bildirib ki, Vaşinqtonun İranın hüquqlarını pozması ABŞ Prezidenti Donald Trampın yeni məğlubiyyətlərinə gətirib çıxaracaq.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Talayi-Nikin sözlərinə görə, ABŞ və “sionist” düşmənin İrana qarşı başlatdığı üçüncü müharibədən çıxış yolu həm döyüş meydanında, həm də diplomatiyada İran xalqının tələblərinin yerinə yetirilməsindən keçir.

O qeyd edib ki, Tramp İranın təklifini qəbul etməklə yanaşı, müharibənin davam etməsi nəticəsində Amerika xalqı və beynəlxalq ictimaiyyət üçün yaranacaq yeni itkilərin və xərclərin qarşısını almağı da düşünməlidir.

İran rəsmisi vurğulayıb ki, Vaşinqtonun Tehranla bağlı siyasəti davam edərsə, bu, ABŞ rəhbərliyi üçün əlavə siyasi və strateji uğursuzluqlarla nəticələnəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin