İranın xarici işlər naziri ilə İraq Kürdüstanının rəhbəri regional vəziyyəti müzakirə edib

2026/05/1779528404.jpg
Oxunub: 400     13:19     23 May 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi ilə İraq Kürdüstanının prezidenti Neçirvan Bərzani telefon danışığında ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Cümə günü baş tutan telefon danışığı zamanı tərəflər İran İslam Respublikası ilə İraq Kürdüstanı arasında əlaqələrin gücləndirilməsi də daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlərə toxunublar.

Müzakirələrin əsas mövzularından birinin iqtisadi və ticarət əlaqələri olduğu bildirilib.

Bununla yanaşı, ortaq sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və terrorizmlə mübarizə sahəsində koordinasiyanın gücləndirilməsi məsələləri də gündəmə gətirilib.

Əraqçi və Bərzani regional prosesləri də müzakirə edərək sabitliyin qorunmasında bölgə ölkələri arasında təhlükəsizlik əməkdaşlığının və daxili güclərə əsaslanan tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İraq-Kürdüstanı  


Bizi "telegram"da izləyin