Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İravani BMT Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədri Fu Konqa rəsmi məktub göndərərək ABŞ ittihamlarını qəti şəkildə rədd edib.
ABŞ mayın 19-da keçirilən BMT Təhlükəsizlik Şurasının 10153-cü iclasında İranı BƏƏ-dəki atom elektrik stansiyasına edilən pilotsuz uçuş aparatı hücumuna görə məsuliyyət daşımaqda günahlandırmışdı.
İran həmin məktubun Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılmasını tələb edib. İravani ABŞ nümayəndəsinin ittihamlarını əsassız və sübutsuz adlandırıb.
Onun sözlərinə görə, ABŞ tərəfi reallığı tamamilə təhrif edib. İran nümayəndəsi həmçinin vurğulayıb ki, İran özü dəfələrlə MAQATE nəzarəti altında olan dinc nüvə obyektlərinə hücumların hədəfi olub.
İravani bu hücumların məhz bu gün İranı ittiham edən ölkə tərəfindən həyata keçirildiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az