Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, 10 İŞİD üzvü saxlanılıb

2026/05/1779522710.jpg
Oxunub: 442     11:27     23 May 2026    
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) sərhəddən kənarda İŞİD-ə qarşı əməliyyat keçirib.

Ordu.az "TRT haber"ə istinadən xəbər verir ki, MİT-in Suriyada Suriya Kəşfiyyat Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində "qırmızı bülleten"lə axtarışda olan 10 İŞİD üzvü saxlanılıb.

Saxlanılan şəxslərin Türkiyəyə gətirildiyi bildirilib.

Qeyd olunub ki, əməliyyatla bağlı əlavə araşdırmalar davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İŞİD  


Bizi "telegram"da izləyin