UKMTO: Yəmənin Sokotra adası yaxınlığında insident baş verib

2026/03/1773298624.jpg
Oxunub: 399     11:04     23 May 2026    
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Yəmənin Sokotra adasından 200 dəniz mili qərbdə baş verən hadisə barədə məlumat verib.

Ordu.az-ın məlumatına görə, UKMTO bu barədə tankerin kapitanına istinadən bildirib.

"Tankerə göyərtəsində 5 nəfərin olduğu kiçik gəmi yaxınlaşıb. Gəminin silahlı mühafizəsi cəlb edildikdən sonra gəmi kursunu dəyişib. Hakimiyyət orqanlarının araşdırma apardığı müddətdə gəmilərə keçid zamanı ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - məlumatda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UKMTO   Yəmən  


Bizi "telegram"da izləyin