Polşanın ilk F-35PL döyüş təyyarələri ölkəyə çatıb

2026/05/1779094166.jpg
Oxunub: 451     11:21     23 May 2026    
Polşanın ABŞ-dən tədarük etdiyi F-35PL beşinci nəsil döyüş təyyarələrinin ilk partiyası ölkəyə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, təhvil alınan təyyarələr “Łask” hava bazasına eniş edib. Məlumata görə, təyyarələrin rəsmi təqdimat mərasimi iyunun 12-də keçiriləcək. Tədarük çərçivəsində üç ədəd F-35PL Polşaya çatdırılıb.

Bu ilin sonuna qədər daha 14, 2027-ci ilin sonuna qədər isə əlavə 12 təyyarənin təhvil verilməsi planlaşdırılır. Beləliklə, Polşa hazırda ümumilikdə səkkiz F-35 təyyarəsini rəsmi olaraq inventarına daxil etmiş olub.

Qalan beş təyyarənin isə polşalı pilot, təlimatçı və texniki heyətin hazırlığı üçün bir müddət ABŞ-də qalacağı bildirilib. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bunu Polşa üçün tarixi gün adlandırıb.

Onun sözlərinə görə, F-35-lər NATO-nun şərq cinahında yerləşdirilən ilk beşinci nəsil döyüş təyyarələridir və bu addım bölgənin təhlükəsizlik arxitekturasını dəyişir.

Nazir qeyd edib ki, bu gündən etibarən Polşa daha təhlükəsiz və daha güclü olub.

Qeyd edək ki, Polşanın F-35 tədarük prosesi 2019-cu ildə başlayıb.

Həmin il 32 ədəd F-35A alınması barədə qərar qəbul olunub. Müqavilənin ümumi dəyəri 4,6 milyard dollar təşkil edir və bütün təyyarələrin 2029-cu ilə qədər təhvil verilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   F-35PL  


Bizi "telegram"da izləyin