Ordu.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar öz rəsmi “X” səhifəsində elan edib.
“Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaqla bağlı təqdim etdiyi ərizəni geri götürür”, -deyə Madyar yazıb.
Xatırladaq ki, 2025-ci ildə Macarıstan parlamenti ölkənin BCM-dən çıxmaqla bağlı qərarı dəstəkləmişdi. Həmin vaxt Baş nazir olan Viktor Orban bu qərarı, təşkilatın son illər qərəssiz mövqeyini itirməsi və daha çox siyasiləşməsi ilə əsaslandırmışdı.
Ordu.az