Ordu.az xəbər verir ki, bu barədə Hindistanın "News18" kanalı məlumat yayıb.
Rubio ABŞ Prezidenti Donald Trampın adından Modini yaxın gələcəkdə Birləşmiş Ştatlara səfər etməyə dəvət edib.
Öz növbəsində, ABŞ-nin Hindistandakı səfiri Sercio Qor sosial şəbəkələrdə bildirib ki, Rubio və Modi arasında danışıqlar zamanı iki ölkə arasında təhlükəsizlik, ticarət və qabaqcıl texnologiyalar sahələrində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub.
***
ABŞ dövlət katibi Marko Rubio Hindistana dördgünlük səfərə gedib.
Ordu.az-ın məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
Hindistan mediasının məlumatına görə, ölkə rəsmiləri ilə ikitərəfli görüşlərdən əlavə, Rubionun Nyu-Delhidə "dördlük" ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyi gözlənilir.
Ordu.az