Hərbçilər üçün xüsusi “Galaxy S26 Tactical Edition” hazırlanır - VİDEO

2026/05/1779516562.jpg
Oxunub: 484     10:11     23 May 2026    
“Samsung” bu ilin sonlarında “Galaxy S26” seriyasının hərbi yönümlü versiyası olan “Galaxy S26 Tactical Edition” modelini təqdim etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, yeni cihazın xüsusilə hərbi istifadə üçün uyğunlaşdırılmış funksiyalarla gələcəyi gözlənilir.

Məlumata görə, “Galaxy S26 Tactical Edition” “Samsung”un “Samsung Knox Security” platformasını qoruyacaq və ABŞ Milli Təhlükəsizlik Agentliyinin standartlarına əsaslanan ikili məlumat şifrələmə sistemini daha da inkişaf etdirəcək.

Cihazda, xüsusilə döyüş meydanında artan məlumat tələblərini qarşılamaq üçün yaddaş tutumunun 512 giqabaytdan 1 terabayta qədər artırılacağı bildirilir.

Bundan başqa, yeni süni zəka funksiyalarının qabaqcıl gecə əməliyyat görüntüləmə və real vaxtda taktiki vəziyyət xülasəsi imkanlarını əhatə edəcəyi qeyd olunur.

“Samsung”un bu seqmentdə lider mövqedə olduğu bildirilir. Şirkətin hərbi smartfon bazarında Yaponiya mənşəli “Panasonic” və ABŞ mənşəli “Apple” kimi rəqibləri geridə qoyduğu vurğulanır.

Qeyd olunub ki, “Samsung”un hərbi smartfonları ABŞ ordusunun bütün bölmələrində, o cümlədən Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusunda istifadə olunur.

Şirkətin ən güclü tərəflərindən biri kimi ABŞ ordusu tərəfindən istifadə olunan taktiki tətbiqlərlə, o cümlədən ATAK ilə geniş uyğunluq göstərməsi və məlumat sızması narahatlıqlarını azaltmağa yönəlmiş təhlükəsizlik infrastrukturunun olması göstərilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbçilər   Galaxy-S26-Tactical-Edition   Samsung  


Bizi "telegram"da izləyin