Ordu.az xəbər verir ki, bu hədəf ABŞ-nin 2027 maliyyə ili üzrə gəmiqayırma planında ilk dəfə konkret rəqəmlərlə əks olunub.
Məlumata görə, yeni strategiya 2031-ci ilə qədər ümumilikdə 450 gəmidən ibarət donanma qurulmasını nəzərdə tutur. Bu tərkibə 299 döyüş gəmisi, 68 yardımçı gəmi və 83 muxtar robotik dəniz platforması daxildir.
Qeyd olunub ki, əvvəlki planlarda insansız sistemlərdən ümumi şəkildə bəhs olunsa da, yeni sənəddə ilk dəfə satınalma hədəfləri və təhvil qrafiki dəqiq göstərilib.
Plana əsasən, donanma 2031-ci ilə qədər 47 orta ölçülü insansız suüstü platforma almağı hədəfləyir. Uzunmüddətli məqsəd isə 2056-cı ilə qədər bu sayın 72-yə çatdırılmasıdır.
Bununla yanaşı, əlavə böyük ölçülü insansız sualtı platformalar üçün də ciddi vəsait ayrılıb. 2027 maliyyə ili çərçivəsində ilk iki XLUUV platformasının alınması üçün 135,8 milyon dollar ayrılması planlaşdırılır.
2031-ci ilə qədər bu sinifdə ümumilikdə 16 platformadan ibarət donanma formalaşdırılması nəzərdə tutulur. Proqramın ümumi xərci 1,1 milyard dollara çata bilər.
Sənəddə diqqət çəkən digər məqam yeni nəsil nüvə döyüş gəmiləridir. BBG(X) kodu ilə müəyyən edilən və “Trump” sinfi adlandırılan bu gəmilərdən 2055-ci ilə qədər 15 ədəd tikilməsi planlaşdırılır.
İlk beş il ərzində isə üç gəminin proqrama daxil edilməsi nəzərdə tutulur. Bu platformaların uzaqmənzilli hücum qabiliyyəti, qabaqcıl komanda-idarəetmə sistemləri və yüksək əməliyyat müddəti təqdim edəcəyi bildirilir.
ABŞ donanması ilk üç gəmi üçün 2031 maliyyə ilinə qədər 43,5 milyard dollar xərcləməyi planlaşdırır. Gelişmiş ilkin istehsal işlərinin isə 2027 maliyyə ilində başlanacağı qeyd olunur.
Mütəxəssislərin fikrincə, nüklear hərəkət sistemi ilə yanaşı yüksək güclü lazerlər və elektromaqnit railgun kimi texnologiyaların inteqrasiyası xərcləri ciddi şəkildə artıra bilər. Hətta ilk gəminin qiymətinin 20 milyard dollara yaxınlaşa biləcəyi bildirilir.
Qeyd olunub ki, ABŞ-nin mövcud istehsal gücü belə nəhəng nüvə gəmilərinin hazırlanması üçün ideal olaraq təxminən beş illik layihələndirmə və yeddi ildən artıq istehsal müddəti tələb edir.
Bu səbəbdən ilk gəminin 10 il ərzində tamamlanmasının çətin olduğu qiymətləndirilir. Donanma bu problemi daha paylanmış və modul istehsal modeli ilə həll etməyi planlaşdırır.
Yeni strategiya çərçivəsində ikinci dərəcəli istehsal müəssisələrinin payının təxminən 10 faizdən 50 faizə qaldırılması hədəflənir.
Sevinc Əliyeva
Ordu.az