Türkiyə MMN AR-GE-nin GÜÇHAN turbofan mühərriki SAHA 2026-da ilk dəfə təqdim olunub - VİDEO

2026/05/1778096110.jpg
Oxunub: 546     10:04     23 May 2026    
SAHA 2026 sərgisində Türkiyə Milli Müdafiə Nazirliyinin AR-GE Mərkəzi tərəfindən hazırlanan GÜÇHAN turbofan mühərriki ilk dəfə ictimaiyyətə təqdim edilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, 42 min “lbf” itələmə gücünə malik mühərrik döyüş təyyarələrində istifadə olunan ən güclü turbofan mühərriklər sırasında yer alır.

46,5 düymlük diametri, saniyədə 420 funt hava axını qabiliyyəti və 0,68:1 “baypas” nisbəti ilə seçilən GÜÇHAN Türkiyənin milli təyyarə mühərriki inkişaf yolunda mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.

Mühərrikin hansı platformaya aid olduğu hələlik rəsmi açıqlanmayıb. Onun KAAN döyüş təyyarəsinin sonrakı blokları üçün nəzərdə tutula biləcəyi və ya tamamilə fərqli bir sistem üçün hazırlanmış ola biləcəyi qeyd olunur.

Eyni zamanda KAAN-ın mövcud mühərrik ehtiyacına yönəlmiş TEI tərəfindən hazırlanan TF35000 layihəsi də sərgidə nümayiş etdirilib.

Qeyd edək ki, SAHA 2026 Türkiyə müdafiə sənayesi tarixində ən geniş sərgi təcrübələrindən biri kimi dəyərləndirilir. GÜÇHAN-la yanaşı, bir çox kritik sistem və platforma da ilk dəfə ictimaiyyətə təqdim olunub.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MMN   AR-GE   GÜÇHAN  


Bizi "telegram"da izləyin