Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, mərkəzdə təxminən bir ildir qadınlar üçün şirniyyatçılıq, dərzilik, bərbərlik və digər sahələr üzrə pulsuz kurslar təşkil olunur.
Qəzet bildirir ki, həmin kurslarda əsasən iş tapmaqda çətinlik çəkən Qarabağdan (könüllü-red.) köç etmiş qadınlar iştirak edirlər. Lakin seçkiqabağı mərhələdə mərkəz Milli Təhlükəsizlik Xidmətinin diqqət mərkəzinə düşüb.
Məlumata görə, mərkəzin direktoru “Güclü Ermənistan” partiyasını dəstəkləyir. Pulsuz kurslarda iştirak edən qadınlar yaxın vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb və onlara Samvel Karapetyanın təşkil etdiyi kursların seçki rüşvəti olduğu bildirilib.
Qadınlar isə cavab olaraq kursların aylar əvvəl, 2025-ci ildə keçirildiyini və seçkilərlə heç bir əlaqəsinin olmadığını deyiblər.
“Bizim mənbəmiz bildirib ki, Milli Təhlükəsizlik Xidməti bunu da seçki rüşvəti kimi təqdim etməyə, cinayət işi açmağa və insanları qorxutmağa çalışır. Halbuki Anna Hakopyanın “Mənim Addımım” fondunun fəaliyyətini nə Milli Təhlükəsizlik Xidməti, nə də Korrupsiyaya Qarşı Mübarizə Komitəsi görür”, - deyə qəzet qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az