Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ həmçinin İsrailin müdafiəsi üçün 100-dən çox SM-3 və SM-6 raketindən istifadə edib.
Bildirilir ki, İsrail özü isə 100-dən az “Arrow” sistemi raketi və təxminən 90 “David's Sling” sistemi raketini tətbiq edib.
Amerikalı rəsmi qəzetə bildirib ki, İranla döyüş əməliyyatları yenidən başlasa, ABŞ böyük ehtimalla İsrailin müdafiəsi üçün daha çox raket istifadə etməli olacaq.
Bunun səbəbi kimi isə raketdən müdafiə sistemlərinin bir neçə batareyasının texniki xidmət üçün geri göndərilməsi göstərilib.
“İsrail təkbaşına müharibə aparmaq və qalib gəlmək iqtidarında deyil, amma əslində bunu heç kim bilmir, çünki onlar qarşı tərəfi heç vaxt görmürlər”, - deyə nəşrin həmsöhbəti bildirib.
Pentaqon isə qəzetə açıqlamasında İsraillə məsuliyyət bölgüsü ilə bağlı hər hansı problemin mövcudluğunu təkzib edib.
“Ballistik raketlərin qarşısını alan vasitələr geniş sistem və imkanlar şəbəkəsində sadəcə bir alətdir”, - deyə Pentaqon nümayəndələri qeyd ediblər.
Vaşinqtondakı İsrail səfirliyi isə cavab olaraq bildirib ki, “ABŞ-nin İsrail qədər hərbi hazırlığa, döyüş qabiliyyətinə, ortaq maraqlara və imkanlara malik başqa tərəfdaşı yoxdur”.
Sevinc Əliyeva
Ordu.az