“Hraparak”: “Vətəndaş Müqaviləsi” ağır artilleriyanı işə salıb

2026/05/1779426964.jpg
Oxunub: 369     09:12     22 May 2026    
Ermənistanın Kotayk vilayətinin Çarentsavan şəhəri “Vətəndaş Müqaviləsi” partiyasının ən aşağı reytinqə malik olduğu və ən az səs toplayacağı yaşayış məntəqələrindən biridir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, şəhərdə “Çiçəklənən Ermənistan” Partiyası və “Milli Demokratik Qütb” tərəfdarları çox fəal işləyirlər.

Qəzet bildirir ki, məhz buna görə Kotayk vilayətinin qubernatoru öz komandası ilə, Sasun Mikayelyan isə öz ətrafı ilə birlikdə davamlı olaraq Çarentsavanda olur və şəhərdə vəziyyəti dəyişməyə çalışır.

“Vilayət bələdiyyəsinin tabeliyində olan bütün məktəb direktorları “Vətəndaş Müqaviləsi” üçün çalışırlar. Çarentsavan tibb mərkəzinin direktoru, şəhər şurasında “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü və Hovik Abrahamyanın xalası oğlu olan Qarnik Sahakyan əvvəllər Respublikaçılar Partiyası üçün çalışsa da, indi “Vətəndaş Müqaviləsi” üçün işləyir”, - deyə nəşr yazıb.

Qəzetin məlumatına görə, onun həyat yoldaşı Lusine Azaryan, “Tsitsernak” uşaq bağçasının direktoru, “Hraşq” uşaq bağçasının direktoru Karine Xedoyan və “Hekiat” uşaq bağçasının direktoru Elmira Akopyan gecə-gündüz “Vətəndaş Müqaviləsi” üçün çalışırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin