“Bloomberg”: İran Pentaqonun müharibədən əvvəlki PUA ehtiyatının 20%-ni məhv edib

2026/05/1779426506.jpg
Oxunub: 412     09:17     22 May 2026    
Müharibənin başlanmasından etibarən İran ABŞ Silahlı Qüvvələrinin istifadə etdiyi 20-dən çox MQ-9 “Reaper” pilotsuz uçuş aparatını məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, nəticədə ABŞ-yə təxminən 1 milyard dollar həcmində ciddi ziyan dəyib.

Agentliyin qiymətləndirməsinə əsasən, bu göstərici Pentaqonun müharibədən əvvəl mövcud olan və çətin əvəzlənən pilotsuz sistem ehtiyatının 20%-ni təşkil edir.

Vəziyyətlə yaxından tanış olan mənbənin sözlərinə görə, zərbə tipli pilotsuz uçuş aparatlarının əksəriyyəti uçuş zamanı İranın atəşi nəticəsində vurulub.

Bəzi aparatların isə raket zərbələri və ya qəzalar nəticəsində yerdə məhv edildiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pentaqon   PUA  


Bizi "telegram"da izləyin