Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi idarənin jurnalistlərə açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, məktub Ermənistanın Qida Təhlükəsizliyi Müfəttiş Orqanının rəhbəri Tiqran Petrosyana rəsmi şəkildə ünvanlanıb.
“Rosselxoznadzor”dan bildirilib ki, qurum Ermənistanın aidiyyəti orqanı ilə qarşılıqlı fəaliyyətini davam etdirir.
Daha əvvəl “Rosselxoznadzor” 2026-cı il mayın 22-dən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər tətbiq olunacağını açıqlamışdı.
Qurum qeyd edib ki, Ermənistanın Qida Təhlükəsizliyi Müfəttiş Orqanının verdiyi təminatlara baxmayaraq, Avrasiya İqtisadi Birliyi üçün karantin obyekti hesab edilən halların aşkarlanması davam edir.
Alpər Mövludoğlu
Ordu.az