Polşa israilli radikal nazir Ben-Qvirin ölkəyə girişini 5 il müddətinə qadağan edib

2026/05/1779426425.jpg
Oxunub: 296     09:04     22 May 2026    
Polşa israilli radikal nazir İtamar Ben-Qvirin ölkəyə girişini 5 il müddətinə qadağan edib.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski “X” sosial şəbəkəsində paylaşım edib.

“Polşa vətəndaşlarına qarşı qəddar münasibət hər zaman cavab reaksiyası ilə qarşılanacaq. Belə davranışa yol verənin kim olmasından asılı olmayaraq. Polşa Xarici İşlər Nazirliyinin və Radoslav Sikorskinin müraciəti əsasında, daha əvvəl də dediyim kimi, İtamar Ben-Qvirin Polşaya girişi artıq rəsmi şəkildə qadağan edilib”, - deyə Kervinski bildirib.

Məlumata görə, Ben-Qvir daha əvvəl “Sumud” fələstinpərəst donanmasının aktivistlərinə, o cümlədən Polşa vətəndaşlarına qarşı istehza dolu görüntülər yayımlayıb.

Qeyd olunub ki, İtaliya da Avropa İttifaqından Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyi istəyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   İsrail  


Bizi "telegram"da izləyin