Ordu.az xəbər verir ki, bu barədə bazanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xəsarət alanların hər ikisi müalicə müəssisəsinə yerləşdirilib.
"Hadisə yerinə çevik reaksiya xidmətləri, o cümlədən partlayış təhlükəli obyektlərin zərərsizləşdirilməsi üzrə ixtisaslaşdırılmış qrup göndərilib. Zərərlər yalnız partlayıcı maddələrin işlənib hazırlanması ilə məşğul olan tədqiqat mərkəzinin ərazisi ilə məhdudlaşıb. Baş verən hadisənin səbəbləri araşdırılır", - rəsmi bəyanatda qeyd olunub.
Hadisənin təfərrüatları, o cümlədən alınan xəsarətlərin xarakteri və xəsarət alanların hazırkı sağlamlıq vəziyyəti açıqlanmayıb.
Ordu.az