Ordu.az xəbər verir ki, təlimə ilk dəfə qatıldıqlarını bildirən Öztəkin EFES-2026-da həm yeni hazırlanmış sabit qanadlı məhsulların, həm də seriyalı istehsalda olan pilotsuz uçuş aparatı sistemlərinin nümayiş etdirildiyini açıqlayıb.
EFES-2026-nın açılışında sürü pilotsuz uçuş aparatı hücumu həyata keçirildi
Təlim çərçivəsində həyata keçiriləcək sürü pilotsuz uçuş aparatı ssenarisi barədə məlumat verən Öztəkin 10 düymlük SKYDAGGER platformalarının koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyini bildirib.
Öztəkin qed edib: “20 pilotsuz uçuş aparatı eyni hədəfə beşlik qruplar halında eyni vaxtda dalış edəcək. Bu da sürü qabiliyyətinin sahədə necə təsir yaratdığını göstərəcək”.
Sistemlərin son həftələrdə intensiv şəkildə sınaqdan keçirildiyini bildirən Öztəkin seçilmiş müşahidəçilərin də pilotsuz uçuş aparatlarının əməliyyat qabiliyyətlərini birbaşa müşahidə etmək imkanı əldə edəcəyini deyib.
Müharibənin dinamikası tamamilə dəyişib
Müasir münaqişə mühitində aşağı xərcli sistemlərin önəm qazandığını bildirən Öztəkin kiçik və mobil platformaların müharibə strategiyalarını dəyişdirdiyini ifadə edib.
Öztəkin deyib: “Çox yüksək xərcli döyüş sistemlərini aşağı xərcli pilotsuz uçuş aparatları ilə təsirsiz hala gətirmək şansınız var. Bu səbəbdən müharibənin gedişi və strategiyaları ciddi şəkildə dəyişib”.
Pilotsuz uçuş aparatlarının xüsusilə ön xəttin təmizlənməsi və kəşfiyyat-müşahidə tapşırıqlarında intensiv istifadə olunduğunu bildirən Öztəkin aşağı radara görünmə qabiliyyəti ilə geniş ərazilərin nəzarət altına alına bildiyini söyləyib.
TOYCA sistemi ilə 70 kilometrlik mənzil
Şirkətin sabit qanadlı platformaları barədə də məlumat verən Öztəkin TOYCA sistemi ilə təxminən 70 kilometrlik əməliyyat mənzilinə çatdıqlarını açıqlayıb.
Öztəkin, sistemlərin davamlı və aşağı xərcli əməliyyat qabiliyyəti təqdim etdiyini bildirib.
Avtonom sistemlərdə “sadəlik” vurğusu
Süni zəka və avtonom sistemlərlə bağlı aparılan işlərə də toxunan Öztəkin sistemlərin yalnız inkişaf etmiş deyil, eyni zamanda sahədə rahat istifadə oluna bilən olması lazım gəldiyini deyib.
Öztəkin mühəndislik baxımından mürəkkəb sistemlərin sahədə hər zaman üstünlük təmin etmədiyinə diqqət çəkərək belə qiymətləndirmə aparıb: “Bir sistemin çox ağıllı olması onun sahədə düzgün işləyəcəyi anlamına gəlmir. Biz sistemləri əsgərin istifadə edə biləcəyi səviyyəyə endiririk. Bir düymə ilə hədəfə get, bir düymə ilə geri dön məntiqi ilə işləyirik”.
Sürü qabiliyyəti və avtonom tapşırıq alqoritmlərinin sadələşdirilmiş istifadəçi interfeysləri ilə dəstəkləndiyini bildirən Öztəkin sahədə əməliyyat istifadəsinin rahatlığının əsas prioritetlərdən biri olduğunu qeyd edib.
Təlim bizim üçün mühüm vitrindir
EFES-2026-da həyata keçiriləcək nümayişin istifadəçilər baxımından mühüm istinad yaradacağını bildirən Öztəkin təlimin şirkət üçün ciddi tanınma imkanı təqdim etdiyini deyib.
“20 pilotsuz uçuş aparatı eyni anda hədəfə yönələcək və tam dəqiqliklə vuracaq. Keçirdiyimiz sınaqlar olduqca uğurlu alındı. İzləyicilər sistemlərin sahədə necə işlədiyini birbaşa görəcəklər”, - deyə Öztəkin əlavə edib.
Ordu.az